MƏDƏNİYYƏT
Öcal Oğuz: “Qarabağ” muğam qrupu türkiyəlilər üçün əzizdir
Ankara, 15 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsi bütün sahələrdə özünü yaşadır. Azərbaycan və Türkiyənin UNESCO-nun təməl prinsipləri əsasında səmərəli əməkdaşlığı böyük nəticələr verməkdədir.
Bu fikri AZƏRTAC-a açıqlamasında UNESCO üzrə Türkiyə Respublikası Milli Komissiyasının sədri, professor Öcal Oğuz bildirib.
Nəsiminin yaradıcılığını bütün türk xalqları üçün milli sərvəti kimi dəyərləndirən Öcal Oğuz deyib: “Azərbaycanın “Qarabağ” muğam qrupu ilə Türkiyənin simli alətlər dərnəyinin kamera orkestrinin Ankarada birgə konsert verməsi özündə bir çox vacib məqamları ehtiva edir. Ankarada birgə təşkil etdiyimiz konsert təkcə musiqisevərləri bir araya gətirmir, eyni zamanda mənəvi birliyimizin və ortaq mədəniyyətlərimizin gücünü nümayiş etdirir. “Qarabağ” muğam qrupunun həm fəaliyyəti, həm də adı hər bir türkiyəli üçün əziz və dəyərlidir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara