SİYASƏT


“Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzi Ermənistanın törətdiyi təxribatla bağlı bəyanat yayıb

Riqa, 16 iyul, AZƏRTAC

“Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzi Ermənistanın törətdiyi təxribatla bağlı bəyanat yayıb.

AZƏRTAC Mədəniyyət Mərkəzinə istinadla bəyanatı təqdim edir.

“Son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələri, ermənilərin təxribatı nəticəsində ölkəmizdə yaranan gərginliyi hər birimiz ürəkağrısı ilə izləyirik. Bildirmək istəyirik ki, vətənimizdən uzaq olsaq da, ürəyimiz hər zaman xalqımızla, mətin ordumuzla birgə döyünür.

Bu çətin günlərdə Latviyada yaşayan soydaşlarımız adından Azərbaycan xalqını Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında əzmlə, sıx birləşməyə çağırırıq. Fərəhləndirici haldır ki, Azərbaycan Latviya üçün mühüm tərəfdaşdır və Latviya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini həmişə dəstəkləyib və bugün də dəstəkləyir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.