İQTİSADİYYAT


Ödəniş kartlarının sayı artıb

Ödəniş kartlarının sayı artıb

Bakı, 28 yanvar, AZƏRTAC

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı dekabrın sonunda ötən aya nəzərən 206 min ədəd artaraq 13 milyon 257 min ədəd təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,1 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 18,7 faiz, kredit kartları üzrə 29,4 faiz olub. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 144 min, kredit kartları 414 min, digər kartlar isə 1,6 milyon ədəd artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.