DÜNYA


Ödəniş xidmətlərinin istifadəçiləri fişinq xarakterli hücumların əsas qurbanlarıdır

Bakı, 6 avqust, AZƏRTAC

Cari ilin birinci yarısında fişinq xarakterli məktubların sayı ötən ilin ikinci yarısı ilə müqayisədə 46 faiz yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu məlumatlar Antifişinq İşçi Qrupunun (APWG) "Phishing Activity Trends Report" hesabatında qeyd olunub. Hesabata əsasən, cari ilin birinci yarısında fişinq xarakterli hücumların əsas qurbanları ödəniş xidmətlərinin istifadəçiləri olublar: fişinq xarakterli hücumların 39 faizi onların payına düşüb.

“PhishLabs”ın məlumatına görə, yarım ildə fişinq xarakterli hücumların 33 faizində “HTTPS” və “SSL” sertifikatlı saytlardan istifadə olunub. Bu, qismən internetdə SSL sertifikatlarının populyarlaşması ilə bağlıdır, ancaq əsas səbəb fırıldaqçıların öz resurslarını maksimal dərəcədə etibarlı və şübhə doğurmayan etmək istəyidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.