DÜNYA


Odessa meri “Borispol” aeroportunda saxlanılıb

Bakı, 14 fevral, AZƏRTAC

Ukraynanın Dövlət Sərhəd Xidməti bu gün səhər saatlarında Varşavadan gələn Odessa şəhərinin meri Gennadi Truxanovu “Borispol” aeroportunda saxlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Oleq Slobodyan bildirib.

Bir qədər əvvəl Ukraynanın korrupsiya əleyhinə bürosu Truxanova və Odessa şəhəri administrasiyasının üç məmuruna qarşı dövlət əmlakını mənimsəmək, korrupsiya və israfçılıq üzrə qiyabi ittiham irəli sürmüşdü.

Təhqiqatçıların fikrincə, cinayət işinin iştirakçıları əvvəllər “Krayan” ağır kran istehsalı zavodu kompleksinin əmlakına daxil olan binaların şəhər şurasına satışı zamanı Odessanın yerli büdcəsinə külli miqdarda zərər vurub. Truxanov 2017-ci ilin sonunda məzuniyyətə çıxıb və məzuniyyət müddətini dəfələrlə uzadıb, həmçinin xarici ölkələrə “işgüzar səfərlərə” yollanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.