DÜNYA


Odessa raket hücumuna məruz qalıb, azı 10 nəfər həlak olub

Kiyev, 1 iyul, AZƏRTAC

İyulun 1-ə keçən gecə Ukraynanın Odessa vilayətinə strateji aviasiyadan bir neçə raket zərbəsi endirib. Raketlərdən biri doqquz mərtəbəli binaya düşüb, on nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Odessa Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk Telegram səhifəsində məlumat verib.

Onun sözlərinə görə, atılan raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestrovski rayonundakı istirahət mərkəzinə düşüb. 9 mərtəbəli yaşayış binasının bir bloku tamamilə dağılıb.

Xilasedicilər dağıntılar altından on nəfərin cəsədini çıxarıb, üçü uşaq olmaqla yeddi yaralıya artıq tibbi yardım göstərilib. Təxminən 20 kvadratmetr sahədə evə bitişik mağazada da dağıntılar var. İstirahət mərkəzində yanğın aşkar edilməyib. Ölənlər var, onların sayı dəqiqləşdirilir.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.