DÜNYA


Odessa şəhərində güclü qar və çovğun nəticəsində 60 nəfər xəsarət alıb

Kiyev, 28 yanvar, AZƏRTAC

Ukraynanın Odessa şəhərində güclü küləklə müşahidə olunan qar və çovğun nəticəsində 60 insan xəsarət alıb, onlardan 10-u xəstəxanaya yerləşdirilib.

AZƏRTAC-ın yerli KİV-lərə istinadla verdiyi məlumata görə, insanların bəziləri ağacların yıxılması nəticəsində ağır xəsarət alıb.

Məlumata görə, dünəndən hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Odessada 500-ə yaxın ağac yıxılıb. Odessa vilayətinin 123 yaşayış məntəqəsi işıqsız qalıb. Kiyev-Odessa şosesində kilometrlərlə növbə yaranıb.

Odessa və Nikolayev vilayətlərinin bəzi məntəqələrinə düşən qarın hündürlüyü bir metrdir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.