MƏDƏNİYYƏT


Odessada Novruz şənliyi təşkil olunub

Odessa, 23 mart, AZƏRTAC

Ukraynanın Odessa şəhərində soydaşlarımızın iştirakı ilə təntənəli Novruz şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa Vilayət təşkilatının təşəbbüsü ilə keçirilən Novruz bayramı şənliyində soydaşlarımızla yanaşı, digər türk və İran icmalarının nümayəndələri, Odessanın tanınmış ictimai-siyasi xadimləri iştirak ediblər.

Konqres vilayət təşkilatının sədrinin müavini Namiq Talıbov çıxış edərək bildirib ki, istər xalqımız, istərsə də dövlətimizlə bağlı bütün günlərdə yaddaqalan tədbirlərin hazırlanıb həyata keçirilməsi ənənəyə çevrilib.

Tədbirdə qədim Novruz bayramının dəyərlərindən bəhs olunub, Azərbaycan mətbəxinin ən ləziz nemətləri təqdim edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Odessa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.