DÜNYA


Odessada ağır yol qəzası nəticəsində azı 9 nəfər həlak olub

Kiyev, 21 sentyabr, AZƏRTAC

Ukraynanın Odessa şəhəri yaxınlığında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 9 nəfər həlak olub.

AZƏRTAC Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisəyə səbəb yük avtomobili ilə sərnişin avtobusunun toqquşması olub.

Yol qəzası zamanı üç nəfər ağır xəsarət alıb. Onlardan ikisi sürücüdür.

Faktla bağlı cinayət işi başlanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.