Odessada soydaşlarımız Türkiyənin Baş konsulluğunda zəlzələ qurbanlarının xatirəsini anıblar
AzerTAg.az
Kiyev, 7 fevral, AZƏRTAC
Ukraynanın Odessa şəhərində olan diaspor fəallarımız Türkiyənin bu şəhərdəki Baş konsulluğuna gələrək qardaş ölkədə zəlzələ zamanı həlak olanların xatirəsini yad ediblər.
AZƏRTAC xəbər verir ki, “Birlik” diaspora təşkilatının fəalları Odessada yaşayan azərbaycanlılar adından qardaş Türkiyədə baş verən zəlzələ ilə əlaqədar baş konsul Birey Yilmazsoya başsağlığı veriblər. B.Yilmazsoy “hər zaman olduğu kimi, ziyarətə ilk siz gəldiniz”, söyləyərək təşəkkürlərini bildirib.
Baş konsul açıqlamasında fevralın 8-dən xalq və digər diplomatik nümayəndəliklər üçün konsulluqda xatirə dəftərinin açılacağını söyləyib.
Birey Yilmazsoy vurğulayıb ki, Prezident Volodimir Zelenskinin göstərişi ilə hazırda Ukrayna xilasedicilər və tibbi dəstək qrupu Türkiyəyə dəstəyə getməyə hazırdır və gün ərzində onlar Türkiyəyə yola salınacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev



Xəbərin mətnində orfoqrafik səhv var