İDMAN


Odina Əliyeva: Dünya çempionatında keçirdiyimiz hər gün bizim üçün təcrübə məktəbidir

Tokio, 8 oktyabr, AZƏRTAC

Dünya çempionatında keçirdiyimiz hər gün bizim üçün təcrübə məktəbidir. Bu baxımdan Çin yığması ilə oyun çox böyük əhəmiyyətə malik idi. Bu, bizim üçün çox böyük təcrübə məktəbi idi. Qarşıdan gələn iki oyunda qalib gəlmək üçün əlimizdən gələni etməyə çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri voleybol üzrə qadınlar arasında dünya çempionatının ikinci mərhələsində Çin yığması ilə oyunu şərh edən Azərbaycan millisinin kapitanı Odina Əliyeva deyib.

Milli komandamızın baş məşqçisinin köməkçisi Famil Ağayev də Çin yığması ilə oyunun nəticələrinə münasibət bildirib: “Bilirik ki, Çin komandası çox güclüdür. Onlar bu görüşdə çox yaxşı oynadılar və bizə daha fəal olmağa imkan vermədilər. Birinci və üçüncü seti yaxşı oynasaq da, rəqiblə daban-dabana irəliləsək də, ikinci setdə onları irəliyə çox buraxdıq və sonradan çata bilmədik”.

Xatırladaq ki, günün digər oyunlarında Rusiya Bolqarıstana (3:1), ABŞ Türkiyəyə (3:0) və İtaliya Tailanda (3:0) qalib gəlib.

Beləliklə F qrupunda İtaliya millisi 21 xalla birinci, ABŞ yığması 19 xalla ikinci, Çin və Rusiya komandaları 18 xalla üçüncü və dördüncü, Tailand yığması 10 xalla beşinci, Türkiyə komandası 9 xalla altıncı, Bolqarıstan və Azərbaycan komandaları isə 6 xalla yeddinci və səkkkizinci yerləri tuturlar.

Azərbaycan millisi növbəti oyunu sabah Türkiyə yığmasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 5:40-da başlayacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.