İDMAN
“Odlar Yurdu” şahmat klubu beynəlxalq turnirdə yüksək nəticələr əldə edib
Bakı, 19 oktyabr, AZƏRTAC
Şahmat üzrə Avropa Klubları Kuboku açıq turnirində Azərbaycanın “Odlar Yurdu” klubunun iki üzvü öz lövhələrində medallar qazanıb.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı qrossmeysterlər arasında ən yüksək nəticələrə Nicat Abbasov və Qadir Hüseynov nail olublar. İkinci lövhədə oynayan Nicat gümüş, beşinci lövhədə yarışan Qadir isə bürünc medalların sahibi olublar.
Qadınlarda üç şahmatçımız – Xanım Balacayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva ən yaxşı nəticələrə nail olublar.
Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva müvafiq olaraq 4-5-ci lövhələrdə gümüş, Xanım Balacayeva isə üçüncü lövhə arxasında bürünc medallar əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]