İDMAN


Ofsayd 2022-ci ilədək avtomatlaşdırılacaq

Bakı, 13 oktyabr, AZƏRTAC

İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi, hazırda FIFA-nın dünya futbolunun inkişaf direktoru Arsen Venger futbolda ofsayd problemindən danışıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssis yaxın gələcəkdə oyundankənar vəziyyətin avtomatik olaraq qeydə alınacağını bildirib.

A.Venger qeyd edib ki, ofsaydın 2022-ci ilədək avtomatlaşdırılması ehtimalı yüksəkdir. O, futbolun müasir texnologiyaya doğru getməli olduğunu bildirib.

Qeyd edək ki, hazırda hakimlər matçlarda VAR sistemindən istifadə edirlər, lakin müxtəlif epizodların şərhləri futbol ictimaiyyətində mübahisələrə səbəb olmağa davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.