Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Oğlu və qardaşı ilə döyüşə yollanan şəhid mayor Şahlar Cəfərovun doğum günü qeyd edilib VİDEO

Sabirabad, 5 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Bu gün şəhid mayor Şahlar Cəfərovun doğum günüdür. Cənnətdəki ilk doğum günündə şəhidin məzarı doğmaları, həmkəndliləri, rayon ziyalıları və ətraf rayonlardan olan sakinlər tərəfindən ziyarət edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsinin qəhrəmanlarından olan şəhid mayor Şahlar Cəfərov 1975-ci il iyunun 5-də Sabirabadın Xəlfəli kəndində dünyaya göz açıb. Vətən müharibəsində canını fəda edən mayorun bu gün 46 yaşı qeyd olunub.

Mərasimdə şəhid ailələrinin üzvləri, rayon sakinləri və ətraf rayon və şəhərdən gələn qonaqlar iştirak ediblər. Çıxış edənlər tariximizin şanlı səhifəsi olan 44 günlük Zəfər yürüşündən söhbət açıb, Şahlar Cəfərovun qəhrəmanlıqlarından danışıblar. Bildirilib ki, torpaqlarımızın yağı düşməndən azad edilməsi şəhidlərimizin qanı bahasına gerçəkləşdi. Onlar gələcək nəsillərə örnək olmaqla yanaşı, öz qəhrəmanlıqları ilə əbədiyyətə qovuşdular.

Qeyd edilib ki, Vətən müharibəsində qismən səfərbərlik elan olunan zaman Cəfərovlar ailəsindən ehtiyatda olan zabit, mayor Şahlar və Bahadur Cəfərov qardaşları, həmçinin mayor Şahların oğlu Seyfi Cəfərli olmaqla, üç nəfər döyüşə yollanıb. Onlar ayrı-ayrı cəbhələrdə düşmən təxribatına qarşı həyata keçirilən döyüşlərdə iştirak ediblər. Belə döyüşlərin birində Şahlar Cəfərov qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb.

Mərasimdə məktəblilər ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Vətənə, qəhrəmanlara həsr edilən şeirlər söylənilib.

Şəhid atası Fəzail Cəfərovla söhbət zamanı bildirib ki, özünün ən böyük arzusu hərbçi olmaq idi. Lakin bu, ona qismət olmayıb: “Ona görə də övladlarımı hərbçi olmağa sövq etdim. Bu istəklə hər iki oğlum hərbçi oldu. Əvvəlcə böyük oğlum Şahlar, sonra Bahadur ali hərbi məktəbə daxil oldular. Onlar müxtəlif hərbi hissələrdə Vətənə xidmətlərini yerinə yetirdilər. Müəyyən müddətdən sonra isə ehtiyatda olan zabit kimi hər an Vətən üçün xidmətə hazır oldular. Böyük övladım Şahlar 2014-cü ildə ordudan tərxis olundu. Onun hər zaman bir arzusu var idi, torpaqlarımızı işğaldan azad etmək. O, öz arzusuna çatdı. Qismən səfərbərlik zamanı öncə övladını yola saldı, sonra isə özü döyüşlərə yollandı”.

Onun döyüş yolu Füzuli istiqamətindən başladı, Hadrut istiqamətində öz taboru ilə birlikdə düşmənə ağır zərbələr vurdu. Hər zaman əlaqə saxladıqda evdəkilərə “qələbə bizimlədir” deyirdi. Oktyabrın 20-də isə gərgin döyüşlərdən birində mayor Şahlar Cəfərov düşmənə ağır zərbələr vuraraq şəhadətə ucaldı.

Seyfi atası haqqında qürurla danışaraq bildirir ki, hər zaman onun davamçısı olmaqla fəxr edib. “O, özü necə vətənpərvər idisə, məni də, qardaşımı da Vətən sevgisi ilə böyütdü. Bu döyüşlər zamanı biz kimliyimizdən asılı olmayaraq, bir amal uğrunda döyüşə yollandıq. Döyüşlər zamanı atam şəhidlik məqamına ucaldı. Hər birimiz yaxşı bilirdik ki, döyüş yolunun sonu ən uca məqam olan şəhidlik zirvəsidir. Mən bu gün tək atamla deyil, bütün şəhidlərimizlə fəxr edirəm. Çünki torpaqlarımızın azad edilməsi uğrunda onların qanı axıb, biz hər zaman şəhidlərə borcluyuq”, - deyə Seyfi Cəfərli qeyd edib.

Şəhidin kiçik övladı Səməndər Cəfərli bildirib ki, vətənpərvərlik hissini atasından öyrənib: “O, elə bir ata idi ki, döyüşə öncə öz böyük övladını yola saldı. Hər zaman bizə söyləyərdi ki, vətənpərvər olun, təhsilli olun, dövlətə, millətə xeyirli övlad olaraq yetişin”. Tarix fakültəsinin tələbəsi olan Səməndər deyir ki, bizim tariximiz qəhrəmanlarla zəngindir. Vətən müharibəsi bunu bir daha göstərdi. Bu qəhrəmanlar bir daha sübut etdi ki, torpaqlarımız uğrunda hər zaman canından keçməyə hazır olan igidlər var.

Qeyd edək ki, mayor Şahlar Cəfərov doğulub boya-başa çatdığı Sabirabad rayonunun Xəlfəli kəndində torpağa tapşırılıb. O, Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Oğlu və qardaşı ilə döyüşə yollanan şəhid mayor Şahlar Cəfərovun doğum günü qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI