REGİONLAR


Oğurlanan mallar geri qaytarılıb

İsmayıllı, 29 may, AZƏRTAC

İsmayıllıda oğurluq hadisəsi baş verib, oğru saxlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, İsmayıllı şəhər sakini Günay Hüseynova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək televizor və digər mallarının oğurlanması barədə məlumat verib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Mican kənd sakini Qurbanov Samir Mahir oğlu saxlanılaraq istintaqa təhvil verilib. İlkin dindirmə zamanı o, oğurluğunu etiraf edib. Oğurladığı mallar geri qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.