CƏMİYYƏT


Oğurluğa görə tutulmuş şəxslərin digər cinayət əməlləri törətdiyi də müəyyənləşdirilib

Bakı, 12 yanvar, AZƏRTAC

Oğurluq etdiklərinə görə tutulmuş Elnur Zeynalovun və Ruslan Əliyevin ətrafında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların şəhərdəki bir məktəbdən və bir evdən noutbuk, proyektor, ərzaq məhsulları, 300 manat pul və geyim əşyaları oğurlamaları da müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş Müşfiq Zeynalovla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin iyul-dekabr aylarında rayon ərazisində iki evdən və bir avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.