CƏMİYYƏT
Oğurluğu törətməkdə şübhəli bilinən şəxslər polis tərəfindən saxlanılıblar
Bakı, 12 oktyabr, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın Neftçilər prospektində Qusar rayon sakini V.Balakişiyevin velosipeddən asdığı çantadan içərisində 2660 manat olan pulqabısının oğurlanması barədə daxil olmuş məlumatla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mirzəyev saxlanılıb.
Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən avtobusda paytaxt sakini olan qadının çantasından içərisində pulu və bankomat kartı olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elnur Hüseynov yaxalanıb.
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərdəki mağazaların birində işləyən qadının çantasından 1836 manat və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Yusubova saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.