CƏMİYYƏT


Oğurluq etdiyi evin sahibinə bıçaqla xəsarət yetirən keçmiş məhkum tutulub

Bakı, 12 fevral, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) 102 – Zəng Mərkəzi Xidmətinə Zığ qəsəbəsi ərazisində baş vermiş quldurluq faktı barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Araşdırmalarla qəsəbə ərazisindəki evlərin birinə pəncərənin şüşəsini sındıraraq içəri daxil olan şəxsin oradan 20 manat pul və gümüş əşyalar götürdükdən sonra ev sahibi ilə rastlaşdığından onun qol nahiyəsinə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk etdiyi müəyyənləşib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş N.Mustafazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun iki evdən televizor və kompüter oğurladığı da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.