CƏMİYYƏT


Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət əməlləri də müəyyənləşdirilib

Bakı, 8 yanvar, AZƏRTAC

Oğurluq etdiyinə görə saxlanılmış şəxsin digər cinayət əməlləri törətdiyi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səddam Nəzərli oğurluq etdiyinə görə Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən tutulub. Aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 16-dan noyabrın 23-dək olan müddətdə üç nəfərin bank kartlarından ümumilikdə 649 manatı çıxararaq oğurlaması da müəyyənləşdirilib.

Faktla bağlı istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.