CƏMİYYƏT


Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, 18 iyul, AZƏRTAC

Paytaxtın Sabunçu rayonu ərazisindəki şirkətlərin birinin anbarından 3500-4000 manat dəyərində ərzaq məhsullarının oğurlandığı barədə 12-ci polis şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən üç nəfər əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Abşeron rayon sakini Elçin Nəsibov, Bakı şəhər sakinləri Məmməd Rüstəmov və Bünyad Abbasov olduqları müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.