CƏMİYYƏT


Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar

Bakı, 15 iyul, AZƏRTAC

Binəqədi rayonunda oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri rayon polis idarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon istehsalat birliyinə məxsus 185 metr uzunluğunda rabitə naqilini oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri M.Birbalazadə və qardaşı müəyyən edilərək tutulublar.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.