CƏMİYYƏT


Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar

Bakı, 27 oktyabr, AZƏRTAC

Paytaxtın Yasamal rayonunda oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisindəki evlərin birindən 3000 ABŞ dolları, antik samovar və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Hidayətli, R.Həsənov və əvvəllər məhkum olunan T.Zeynalov Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.