CƏMİYYƏT
Oğurluqda şübhəli bilinən Daşkəsən rayon sakini saxlanılıb
Bakı, 26 iyul, AZƏRTAC
Oğurluqda şübhəli bilinən Daşkəsən rayon sakini Y.Hüseynova saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri S.Həsənovaya məxsus içərisində mobil telefon, sosial və bank kartları olan pulqabını və V.Şərifovaya məxsus içərisində 400 manat, 2 ədəd mobil telefon və bank kartları olan çantanı oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini Y.Hüseynova saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]