CƏMİYYƏT


Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini tutulub

Bakı, 3 may, AZƏRTAC

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini S.Quliyev tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki evlərin birindən 13 min 500 manat dəyərində spirtli içki, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunan S.Quliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.