CƏMİYYƏT
Oğurluqda şübhəli bilinən Lənkəran və Bakı sakinləri saxlanılıblar
Bakı, 17 may, AZƏRTAC
Oğurluqda şübhəli bilinən Lənkəran və Bakı sakinləri saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-19-da rayon ərazisində iki avtomobildən monitor, eynək və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini M.Canızadə tutulub.
Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə ötən il dekabrın 16-da rayon ərazisində iki avtomobildən pul, sənəd, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bağırov saxlanılıb.