CƏMİYYƏT


Oğurluqda şübhəli bilinən Tovuz rayon sakini tutulub

Bakı, 7 may, AZƏRTAC

Oğurluqda şübhəli bilinən Tovuz rayon sakini R.Qasımov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Allahyarlının cibindən içərisində 213 manat və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini R.Qasımov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.