CƏMİYYƏT


Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakı, 17 fevral, AZƏRTAC

Suraxanı və Sabunçu rayonlarında evlərdən oğurluq edən şəxslər saxlanılıb.

AZƏRTAC Daxili İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də rayon ərazisindəki evlərin birindən 4400 manat pul və 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Şirinov saxlanılıb.

Sabunçu rayonunda aparılan əməliyyat-axtarış tədbiri nəticəsində də oğurluqda şübhəli bilinən şəxs tutulub.

Belə ki, fevralın 15-də rayon ərazisindəki evlərin birindən 8000 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan V.Qurbanov Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.