CƏMİYYƏT


Oğurluqla məşğul olan üç yeniyetmə saxlanılıb

Bakı, 16 iyul, AZƏRTAC 

Oğurluqla məşğul olan şəxslər polis əməkdaşları tərəfindən tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyun ayı ərzində Gəncə şəhəri ərazisindəki iki avtomobildən 50 manat pul və maqnitofon oğurlamaqda şübhəli bilinən yeniyetmə Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları rayon ərazisindəki mağazaların birindən 100 manat pul və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Məhəmmədovu yaxalayıblar.

Cəlilabad rayonu ərazisindəki mağazaların birindən 1700 manat oğurlayan Kazımabad kənd sakinləri olan iki yeniyetmə rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.