REGİONLAR


Oğuz rayonu Padar kənd məktəbinin 140 illiyi qeyd olunub

Oğuz, 11 mart, Mustafa Dadaşov, AZƏRTAC

Martın 11-də Oğuz rayonunun Padar kəndində Arzu Əliyev adına tam orta məktəbin 140 illiyi münasibətilə “Üç əsri özündə yaşadan məktəbim” adlı yubiley tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib.

Tədbir iştirakçıları əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Yubiley tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Əntiqə Tahirova qonaqları salamlayaraq, təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verib. Bildirib ki, təcrübəli pedaqoji kollektivi olan məktəbdə öz peşəsinə ürəkdən bağlı olan, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərən müəllimləri çalışırlar.

Rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov məktəb kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışında təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu vurğulayıb, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə bu sahənin inkişafına böyük diqqət yetirildiyini, Prezident İlham Əliyev tərəfindən bu ənənəyə sadiq qalaraq, təhsil islahatlarının uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Yubiley tədbirində təhsil müəssisəsinin tarixindən və qazandığı uğurlardan bəhs edən videoçarxlar nümayiş etdirilib, şagirdlərin ifasında vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Məktəbin ictimai işlərində fəallıq göstərən müəllimlər Oğuz Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirdə rayon icra hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, YAP rayon təşkilatının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, məktəbin kollektivi, həmçinin qonaqlar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.