REGİONLAR


Oğuz rayonu üzrə yazlıq əkinlə məşğul olan 177 fermer elektron sistemdə qeydiyyatdan keçib

Oğuz, 13 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonu üzrə yazlıq əkinlə məşğul olan 177 fermer elektron sistemdə öz fərdi identifikasiya nömrəsi ilə qeydiyyatdan keçib. Fermerlərin bəyan etdikləri yazlıq əkinlərin ümumi sahəsi 475,5 hektardır. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə bu günədək yazlıq əkinlərini bəyan etmiş oğuzlu fermerlərin mülkiyyət hüququna dair 285 sənədi yüklənib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, ötən il payızlıq əkinlə məşğul olmuş 5 mindən çox oğuzlu fermer elektron sistem üzərindən “Fermer kartı” vasitəsilə subsidiya alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.