CƏMİYYƏT


Oğuz rayonunda şəhid Anar Əliyevin ailəsi ziyarət olunub

Bakı, 7 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov şəhid Anar Əliyevin ailəsi ilə görüşüb. Görüşdə şəhidimizin xatirəsi anılıb, onun müharibədə göstərdiyi şücaətlərindən bəhs olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmuş A.Əliyev Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Agentliyin sədri ailənin sosial vəziyyəti ilə maraqlanıb, ailə üzvlərinin yaşayışı ilə tanış olub. Bildirib ki, bütün şəhidlərimiz kimi, A.Əliyev də heç bir zaman unudulmayacaq və hər zaman ehtiramla xatırlanacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.