İQTİSADİYYAT


Oğuz rayonunun elektrik şəbəkəsi yenidən qurulur

Bakı, 19 sentyabr (AZƏRTAC). “Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Oğuz” Elektrik Şəbəkəsi Müəssisəsində elektrik enerjisindən istifadə qaydalarının yoxlanılması istiqamətində reydlər keçirilib və aşkar edilmiş qayda pozuntularına görə müvafiq tədbirlər görülüb.

Müəssisənin balansına aid olan elektrik verilişi xətlərində və transformator məntəqələrində həyata keçirilmiş təmir işləri çərçivəsində ərazi üzrə yeni 0,4 kilovoltluq (kV) hava xətti çəkilib. Eyni zamanda, şəbəkənin 10, 6 və 0,4 kV-lik xətlərində, transformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.

Bu ilin iyul ayında 6 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak olunub. Ötən 7 ayda isə istehlak 39,4 milyon kilovat-saat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.