Oğuz sakinlərinin qaz təsərrüfatına dair problemləri dinlənilib
AzerTAg.az
Bakı, 30 noyabr, AZƏRTAC
“Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyasının növbəti ünvanı Oğuz rayonu olub.
İB-dən AZƏRTAC-a bildirilib ki, səyyar qəbul otağında ilk olaraq “Azəriqaz”ın Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəis müavini Miramil Kərimov çıxış edərək sakinlərə aksiyanın məqsəd və məramını izah edib. Daha sonra görüş iştirakçıları qaz təchizatında üzləşdikləri problemləri ünvanlayıblar. Müraciətlər əsasən Mollalı kəndinin qazlaşdırılmasından ibarət olub. Mikrofon önünə keçən sakinlər onlara məxsus fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz olunmasını istəyiblər. Aksiyada səslənən digər müraciətlər isə qaz xəttinin yerinin dəyişdirilməsi və küçə qaz xəttinin çəkilməsi kimi məsələləri əhatə edib.
Hər bir müraciət Zaqatala Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb.



Xəbərin mətnində orfoqrafik səhv var