REGİONLAR


Oğuzda 16 min hektardan çox sahəyə taxıl səpilib

Oğuz, 28 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında payızlıq dənlilərin səpini başa çatıb. Kampaniya dövründə fermerlər 16 min 97 hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 11 min 969 hektarını buğda, 4 min 128 hektarını arpa sahələri təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, mövsüm ərzində taxıl səpininə 60 traktor, 20 taxılsəpən aqreqat və digər texnikalar cəlb olunub. Səpin zamanı 3 min tondan çox yüksək reproduksiyalı toxumdan istifadə edilib.

Qeyd edək ki, builki mövsümdə oğuzlu fermerlər 49 min 977 ton taxıl istehsal ediblər. Hər hektardan məhsuldarlıq 30 sentnerdən yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.