REGİONLAR


Oğuzda 235 hektar sahəyə tütün şitilləri köçürülüb

Oğuz, 3 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında tütün əkini mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 235 hektar sahəyə tütün şitilləri köçürüblər. Builki mövsümdə rayonda 300 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tütün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb. Cari mövsümdə sahələrə, əsasən “Virciniya botaniki” növlü tütün əkilir.

Rayonun ailə təsərrüfatlarında ipəkqurdlarının yemlənməsi prosesi də başa çatmaq üzrədir. Kümçülər yaş barama tədarükünə hazırlaşırlar.

Qeyd edək ki, builki mövsümdə barama istehsal etmək üçün oğuzlu kümçülərə 320 qutu ipəkqurdu paylanılıb. Rayonda yaş barama istehsalının ötən illə müqayisədə 3,9 ton artırılaraq 12,8 tona çatdırılması proqnozlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.