REGİONLAR
Oğuzda 300 hektarda yeni fındıq bağları salınacaq
Oğuz, 28 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Gəlirli sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədi ilə payız aylarında Oğuz rayonunda daha 300 hektarda yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Beləliklə, son illər rayonda yeni salınan fındıq bağlarının ümumi sahəsi 2 min hektara çatdırılacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda rayonda 3 min 695,5 hektar fındıq bağları var. Artıq bağlarda builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Ötən il Oğuzun fındıq bağlarından 1 min 106 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 203 ton artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]