REGİONLAR


Oğuzda İslam həmrəyliyinin təbliği ilə bağlı seminar-müşavirə keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Oğuz rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, seminar-müşavirədə çıxış edən Oğuz RİH başçısının müavini Yusif Naxçıvanski rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində görülən işlərdən danışıb. Qeyd olunub ki, rayonda fəaliyyət göstərən dini icmalarla işin təşkili, dini ibadət və mərasimlərin keçirilməsi sahəsində mühüm təcrübə əldə edilib.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə bütün dini konfessiyaların nümayəndələrinə bərabər münasibət göstərildiyini vurğulayaraq Azərbaycandakı multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırıb. Tarix boyu müxtəlif qüvvələrin müsəlman dünyasının birliyinə mane olmağa çalışdığını bildirən S.Salahlı hər bir müsəlmanın İslam dünyasının vəhdətini qüvvətləndirmək üçün inamlı addımlar atmalı olduğunu qeyd edib. Prezident İlham Əliyev tərəfindən bu məqsədlə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini və ölkəmizin bu tarixi missiyanı uğurla həyata keçirdiyini vurğulayıb. O, İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə tövsiyələr verib, onları ölkəmizdə İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.

Digər çıxışlarda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsi, insanların dini etiqad azadlığının yüksək səviyyədə təminatı istiqamətində bütün zəruri addımların atıldığı qeyd olunub.

Seminar-müşavirədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.