Oğuzda Ulu Öndərin xatirəsinə həsr olunan voleybol üzrə rayon birinciliyi başa çatıb
AzerTAg.az
Oğuz, 10 may, Mustafa Dadaşov, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Oğuz Olimpiya İdman Kompleksində keçirilən böyüklər arasında voleybol üzrə rayon birinciliyi başa çatıb. Azərbaycan Voleybol Federasiyasının yerli nümayəndəliyinin, Oğuz Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 6 komanda mübarizə aparıb.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yekun nəticələrə əsasən, “Qafqaz” komandası birinciliyin qalibi olub. Sonrakı yerləri “Qızılqaya” və “AFRA” komandaları tutublar.
Qalib komandalar kubok, medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.






Xəbərin mətnində orfoqrafik səhv var