REGİONLAR


Oğuzda aşağı seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunublar

Oğuz, 28 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirici treninqlər 117 saylı Oğuz-Qəbələ seçki dairəsində də mütəşəkkil qaydada davam edir.

Dairə seçki komissiyasının sədri Rəsul Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yanvarın 31-dək davam edəcək treninqlərə dairənin tərkibinə daxil olan 61 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri, ümumilikdə, 366 nəfər cəlb edilib. Seçki məntəqələrinin 37-si Oğuzda, 24-ü isə Qəbələ rayonu ərazisində yerləşir.

Dairə seçki komissiyasının üzvləri Kamal Məmmədov və İqbal Abbasovun tədris etdiyi məşğələlər zamanı iştirakçılara məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır. Treninqlərin ilk iki günündə keçirilən məşğələlərdə 28 seçki məntəqəsi üzrə 168 komissiya üzvü iştirak edib.

Komissiya sədrinin sözlərinə görə, dairə üzrə 8 nəfər namizəd qeydə alınıb. Onlardan bir nəfəri siyasi partiyanı təmsil edir. Yeddi nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Dairə üzrə 761 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.