İDMAN


Oğuzda cüdo üzrə region birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən bölgə birincilikləri davam edir. Oğuzda təşkil olunan region birinciliyində 2002-2004-cü il təvəllüdlü cüdoçular arasında bütün qaliblərin adlarına aydınlıq gəlib.

AZƏRTAC xəbər verir ki, yarışda Babarahim Mirzəyev (46 kq), İlham Xankişiyev (55 kq), Məhərrəm Mehdiyev (60 kq), Murad Bəşirov (66 kq), Naməddin Yunisov (73 kq) və Rəsul Ağamalıyev (81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Şimal bölgəsi üzrə yarışın mükafatçılarına Azərbaycan Cüdo Federasiyasının diplomları, medalları və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.