CƏMİYYƏT


Oğuzda dini radikalizmlə mübarizəyə dair ikigünlük seminar-müşavirə işə başlayıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Oğuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb. Tədbirdə gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski rayondakı dini durum barədə məlumat verib. Qeyd edib ki, Oğuz rayonu etnik və dini tərkibinə görə Azərbaycanın ən nadir bölgələrindən biridir. Rayonda müsəlman, xristian və yəhudi dinlərinin mənsubları, eləcə də müxtəlif millətlərin nümayəndələri qədim zamanlardan bəri sülh və qardaşlıq şəraitində birgə yaşayırlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə mövcud dövlət-din münasibətlərindən, o cümlədən dini radikalizm və dini ekstremizmin törətdiyi fəsadlardan bəhs edib. S.Salahlı vurğulayıb ki, müasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizmdən və terrordan əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın əksər bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri dağıdılır. Gənc nəslin tərbiyəsində milli-mənəvi dəyərlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan S. Salahlı bu dəyərlərin vətənpərvərlik hisslərinin formalaşmasında da mühüm rolu olduğunu qeyd edib. Səyyad Salahlı dini radikal qrupların zərərli təsirindən qorunmaq üçün gənclərə elm və təhsilə maraq göstərmələrini, asudə vaxtlarını səmərəli keçirmələrini məsləhət görüb.

Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə terrorizmin getdikcə daha da gəncləşdiyini, gənclərin terror təşkilatlarına daha çox qoşulduğunu deyib. Dini radikal qrupların gəncləri özlərinə cəlb etdiklərini bildirən C. Əlifzadə dini radikal qrupların təbliğat metodlarından danışıb. Qeyd edib ki, bu qruplar İslamı, Quran ayələrini təhrif edərək insanlara çatdırır, cihad adı altında terror hadisələri törədirlər. Diqqətə çatdırıb ki, gənclərin dini radikalizmdən və ekstremizmdən qorunmaları üçün təhsilin və dinin əsl mahiyyətinin onlara düzgün çatdırılması vacibdir.

DQİDK-nın əməkdaşı Tərxan Paşazadə dini ekstremizmə qarşı mübarizənin məqsədləri və əsas prinsipləri mövzusunda təqdimatla çıxış edib.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş dini radikalizmin və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.