CƏMİYYƏT


Oğuzda evinin həyətyanı sahəsində narkotik vasitə əkib-becərən şəxs saxlanılıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şöbənin cinayət axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında şübhəli bilinən rayonun Muxas kənd sakini Sahabir Hacıbalayev saxlanılıb. Onun kənd ərazisində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən ümumi çəkisi 4 kiloqram 345 qram olan 4 və qurutmaq üçün həyətyanı sahədəki tikilinin çardağında saxladığı çəkisi 2 kiloqram 610 qram olan 2 çətənə kolu aşkarlanaraq götürülüb. O, ifadəsində narkotik vasitəni mart ayında əkib-becərdiyini, onlara xüsusi qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.