REGİONLAR


Oğuzda indiyədək 400 ton quru tütün istehsal olunub

Oğuz, 24 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Ölkəmizdə ənənəvi sahələrdən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, tütünün satış qiymətinin artırılması oğuzlu fermerlərin də tütünçülüyə marağının artmasına səbəb olub. Şimal-qərb bölgəsinin digər rayonları kimi, Oğuz rayonunda da gəlirli istehsal sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq öz müsbət nəticəsini göstərir. Belə ki, bu il rayonda tütün əkini sahələri əvvəlki illə müqayisədə 2,4 dəfədən çox artırılaraq 269 hektara çatdırılıb. Cari mövsümdə sahələrə əsasən “Virciniya botaniki” növlü tütün əkilib. Tütünün yetişdirilməsi ilə əlaqədar 65 fermerlə müqavilə bağlanılıb.

Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonun təsərrüfatlarında tütün yığımı davam edir. Torpaq mülkiyyətçiləri mövsümün əvvəlindən bu günədək rayonun Bucaq, Bayan və Sincan kəndlərində fəaliyyət göstərən emal məntəqələrinə 4 min tondan çox “Virciniya botaniki” növlü yaş tütün təhvil veriblər. İndiyədək bu emal məntəqələrində 400 tonadək quru tütün istehsal olunub.

Xatırladaq ki, keçən il oğuzlu fermerlər 110 hektar sahədən 215,6 ton quru tütün əldə ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.