REGİONLAR


Oğuzda karantin rejiminin tələblərinə riayət olunur

Oğuz, 31 mart, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus (COVID-19) infeksiyasının Oğuz rayonunun ərazisində yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik tədbirlər artıq öz müsbət nəticəsini verməkdədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti tərəfindən yaradılmış təbliğat qrupunun və polis şöbəsinin əməkdaşlarının birgə fəaliyyəti nəticəsində rayon sakinlərinin xüsusi ehtiyac olmadan evdən çıxması halları azalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təbliğat qrupları tərəfindən sakinlər arasında karantin rejiminin tələblərinə riayət olunması ilə bağlı maarifləndirmə işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.