REGİONLAR


Oğuzda payızlıq dən bitkilərinin səpininə başlanılıb

Oğuz, 16 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Oğuz rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpininə başlanılıb. Cari mövsümdə rayonda 17 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisi bildirib ki, kampaniyanın ilk günlərində rayonda 80 hektar sahəyə arpa, 33 hektara isə buğda toxumu səpilib. Payızlıqların səpini üçün indiyədək təsərrüfatlarda 15 min 670 hektar sahədə şum qaldırılıb. Kampaniyada iştirak edəcək traktor və toxumsəpən aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilib. Səpin üçün rayonda fəaliyyət göstərən 6 toxumçuluq təsərrüfatı tərəfindən 1000 tondan çox yüksək reproduksiyalı toxum fondu ayrılıb. Ayrılmış buğda və arpa toxumu təmizlənərək dərmanlanıb. Bundan əlavə, fermerlər səpin üçün lazım olan toxumu digər toxumçuluq təsərrüfatlarından da ala biləcəklər.

Xatırladaq ki, builki mövsümdə rayonda 16 min 135 hektar sahənin məhsulu biçilib, 50 min 319 ton taxıl istehsal olunub. Hər hektarın orta məhsuldarlığı 31,2 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 411 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.