REGİONLAR
Oğuzda quru tütün istehsalı 88 ton artıb
Oğuz, 27 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu il oğuzlu fermerlər 250 hektar sahədə tütün yetişdiriblər. Əkin sahələri əvvəlki illə müqayisədə 60 hektar artırılıb. Təsərrüfatlarda tütünün qurudulması prosesi artıq başa çatıb. Builki mövsümdə rayonda 377,4 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 88 ton artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Qəmzə Süleymanova məlumat verib.
Qurumun rəsmisi bildirib ki, builki mövsüm rayonun fındıq istehsalçıları üçün də uğurlu olub. Belə ki, cari ildə rayonun fındıq bağlarından 1000 tonadək məhsul tədarük olunub. Fındıq istehsal ötən illə müqayisədə 100 tona yaxın artıb.