CƏMİYYƏT


Oğuzda tibbi maskadan istifadə etməyən 11 nəfər cərimələnib

Bakı, 29 iyul, AZƏRTAC

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları ölkədə elan olunan karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsinə nəzarət tədbirlərini fasiləsiz həyata keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı polis əməkdaşları tərəfindən reyd təşkil olunub. Reyd zamanı mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Onlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi, mövcud sanitar-gigiyenik qaydalara və tələblərə riayət etmələrinin vacibliyi izah olunub. Xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən 11 şəxs barəsində protokol tərtib olunub və onlar cərimələniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.