CƏMİYYƏT
Oğuzda törədilmiş qətl hadisəsi ilə əlaqədar cinayət işi başlanıb
Bakı, 29 fevral, AZƏRTAC
Oğuz rayonunun Kərimli kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Z.Məsimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Elşən Abdullayevi qətlə yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Məsimov Oğuz rayonunun polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]