CƏMİYYƏT


Oğuzda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Bakı, 30 noyabr, AZƏRTAC

Oğuzda COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, koronavirus testinin nəticəsi pozitiv olan Tariyel Əliyevə ev şəraitində müalicə təyin edilib, karantin rejiminin qaydaları ona izah edilib. Lakin o, qaydalara əməl etməyərək yaşadığı ünvanı tərk etməklə digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb. Polis əməkdaşları onun olduğu yeri müəyyənləşdirib və həkim briqadasının da iştirakı ilə yaşadığı ünvana geri qaytarıblar.

T.Əliyev barəsində Oğuz Rayon Polis Şöbəsinin istintaq qrupunda araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.