REGİONLAR


Oğuzlu fermerlər arpa sahəsinin hər hektarından 27,4 sentner məhsul götürürlər

Oğuz, 20 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Cari mövsümdə Oğuz rayonunda 16 min 795 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 12 min 230 hektarını buğda, 4 min 565 hektarını arpa sahələri təşkil edir. Artıq rayonun təsərrüfatlarında arpa biçininə start verilib. Qısa müddətdə 1000 hektara yaxın sahənin arpası biçilib, 2 min 740 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 27,4 sentner təşkil edir. Rayon üzrə taxıl biçininə 50 ədəd kombayn, həmçinin lazımi qədər digər texnika vasitələri cəlb edilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.

Qurumdan bildiriblər ki, rayonda barama tədarükü də mütəşəkkil davam etdirilir. Kümçülər indiyədək qəbul məntəqəsinə 2 ton 676 kiloqram yaş barama təhvil veriblər. Oğuz rayonu üçün bu il baramaçılıqda hədəf isə 6 tondur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.